5 İyun 2022 08:33
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nicat Kazımov "Şücaətə görə" medalı ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, bunu Nicat Kazımov Feysbuk hesabında qeyd edib.

O bildirib ki, medal Böyük Britaniyada quruluş verdiyi “Odlar Yurdu” performansına görə verilib:

“Böyük Britaniya kraliçası II Elizabetin taxta çıxmasının 70 illik yubileyinə həsr olunmuş Vindsor Kral at şousunda Azərbaycan heyətinin təqdim etdiyi “Odlar Yurdu” adlı performansa quruluş verdiyimə görə bu gün məni dəyərləndirərək “Şücaətə görə” medalı ilə təltif etdiklərinə görə, Ali Baş Komandan İlham Əliyev cənablarına , DSX-nin rəisi general polkovnik cənab Elçin Quliyevə və bu şounun ərsəyə gəlməsində xidməti olan hər kəsə- süvarilərə, rəqqaslara, alov püskürənlər komandasına, assistentlərimə təşəkkür edirəm. Bu həqiqətən böyük şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm!”.


Müəllif: Nərmin