29 Noyabr 2014 04:41
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmık Milli Dram Teatrında tamaşa hazırlayır.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rejissor Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa üzərində yaradıcılıq işi aparır.

Tamaşanın premyerası dekabrın 12-də baş tutacaq. Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları - əməkdar artist Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

Teatrdan əlavə ediblər ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün may ayında Bakıya gələcək.


Müəllif:

Oxşar xəbərlər