6 İyun 2022 12:52
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser, rejissor Fehruz Şamıyev və prodüser, rejissor Fariz Əhmədov Türkiyədə Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətində təmsil olunacaqlar.

Teleqraf.com xəbər verir ki, bu ilki festival 14-18 iyun tarixlərində Qaziantepdə gerçəkləşəcək.

Azərbaycanlı kino mütəxəssisləri festivalın müxtəlif proqramlarında jüri olaraq filmləri dəyərləndirəcəklər. Festivalın münsiflər heyətinin tərkibində məşhur hollivud aktyoru Erik Roberts də yer alacaq.

Amerikalı aktyor Erik Robertsin karyerasında çevriliş Andrey Konçalovskinin "Qaçaq qatar" filmi ilə baş verib. Məhz bu filmdən sonra aktyor “Oskar” və “Qızıl Qlobus” mükafatının nominantı olub.

O, aktrisa Culiya Robertsin qardaşıdır.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivala 48 ölkədən 370 film göndərilib.


Müəllif: Nərmin Muradova