Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub.
Teatrdan verilən məlumata görə, hazırda o, dramaturq Əli Əmirlinin "Sevən qadın" əsəri əsasında eyniadlı tamaşa üzərində yaradıcılıq işi aparır. İlk tamaşanın premyerası bu ilin dekabr ayının 12-i və 13-də baş tutacaq.
Məlumat üçün onu da qeyd edək ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün gələn ilin may ayında Bakıya ezam olunacaq.
Nərmin