10 İyun 2022 13:34
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

59 yaşlı məşhur aktyor Conni Depp keçmiş həyat yoldaşı, 36 yaşlı aktrisa Ember Herdin ona ödəməli olduğu borcunu bağışlamaq niyyətindədir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Conni Deppin vəkilləri Kamilla Vasquez və Benjamin Çu deyib.

Məhkəmə prosesi zamanı sənətçinin əsas məqsədi ona böhtan atan Ember Herddən pul almaq deyil, öz reputasiyasını bərpa etmək olub.

Qeyd edək ki, məhkəmə aktrisanı Conni Depə 10,35 milyon dollar ödəməyə məcbur edib, öz növbəsində Depp Herdə iki milyon dollar verməlidir. Herdin vəkili isə aktrisanın Deppin borcunu ödəyə bilmədiyini bildirib.

Deppin vəkilləri əlavə ediblər ki, əgər Herd apellyasiya şikayəti verməsə, Depp aktrisanın borcunu bağışlayacaq.

“Onun çiyinlərindən böyük bir yük götürüldü və mən hiss edirəm ki, altı ildən sonra o, nəhayət həyatına qayıtdı” - deyə Benjamin Çu bildirib.

Kamilla Vazquez çıxışında MeToo hərəkatına toxunub. Ember Herdin sözçüləri bir müddət əvvəl keçmiş həyat yoldaşları arasında məhkəmənin nəticəsinin zorakılıqdan əziyyət çəkən qadınların hərəkatını xeyli zəiflədəcəyini proqnozlaşdırmışdılar. Deppin vəkili bildirib ki, həm kişilər, həm də qadınlar zorakılıqdan əziyyət çəkə bilər: “Biz zorakılığın qurbanı olan hər kəsi öz sözünü deməyə çağırırıq. Amma məişət zorakılığının cinsiyyəti yoxdur”.


Müəllif: Nərmin Muradova