13 İyun 2022 12:33
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Bu barədə Teleqraf.com-a Kinematoqrafçılar İttifaqından məlumat verilib.

İttifaqın İdarə Heyətinin üzvləri bunlardır: Anar Rzayev (Xalq yazıçısı), Rasim Balayev (Xalq artisti), Firəngiz Qurbanova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi), Cəmil Fərəcov (kinorejissor, Əməkdar incəsənət xadimi), Baba Vəziroğlu (şair, tərcüməçi, Əməkdar incəsənət xadimi), Əli İsa Cabbarov (kinorejissor, prodüser, ssenarist), Oleq Səfərəliyev (kinorejissor) Ziya Şıxlinski (kinorejissor), Əsəd Əsədov (səs operatoru, Əməkdar mədəniyyət işçisi), Nizami Abbas (rejissor, Əməkdar incəsənət xadimi), Tahir Tahiroviç ( kinorejissor), Həmidə Ömərova (Xalq artisti), Şükufə Yusupova (Xalq artisti), Lalə Əfəndiyeva (prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru), Mirbala Səlimli (teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi) Cavid İmamverdiyev (kinorejissor, prodüser) Məbud Məhərrəmov (Xalq artisti), Qulu Məhərrəmli (filologiya elmləri doktoru, professor), Fatimə İbrahimbəyova (MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser), Nadir Bədəlov (sənətşünas, ssenarist), Rövşən İsax (kinoejissor).

Bildirilib ki, yaxın günlərdə İdarə Heyəti toplanacaq və katibliyin tərkibini müəyyən edəcək.


Müəllif: Nərmin Muradova