13 İyun 2022 17:03
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim çəkdiyim “Yarasa” filminin sayəsində Rasim Balayevə Kanadadan tutmuş Monqolustana qədər bir çox festivallarda, ölkələrdə tamaşaçılar baxıb. Şəxsən mən Rasim Balayevin yaradıcılığına ikinci nəfəs gətirmişəm. Bu onu başa düşmürsə, özü bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar İncəsənət Xadimi Ayaz Salayev Rasim Balayevin “Ayaz Salayevin filmində çəkilməyim böyük səhv idi” fikrinə münasibət bildirərkən deyib.

“Bir neçə il öncə Rasim Balayev həmin ittifaqdan ayrılandı ona qarşı təzyiqlər oldu, ünvanına ittihamlar irəli sürüldü. Həmin vaxt mən onu müdafiə etdim. Dedim Rasim Balayev ustaddır, milli sərvətdir, gəlin ona toxunmayaq. Ondan sonra Rasim Balayevdən əl çəkdilər. Amma buna görə mənə "sağ ol" da deməyib” - deyə kinorejissor bildirib.

Onun sözlərinə görə, kino ittifaqlar birləşəcəyi təqdirdə o ittifaqı tərk edəcək:

“Mənim üçün o ittifaq bir təşkilat kimi mövcud deyil. Mənim aləmimdə bir ittifaq var- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı”.


Müəllif: Nərmin