13 İyun 2022 17:55
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də Əməkdar İncəsənət Xadimi, rejissor Ayaz Salayevin 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımız haqqında çəkdiyi “Torpaq” tammetraj sənədli filminin təqdimatı olacaq.

Film Mədəniyyət Nazirliyinin sifarişi və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunub.

Bunu Teleqraf.com-a millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli deyib.

“Filmdə həmin hadisələrin canlı şahidi olan onlarla insanı görmək və dinləmək fürsəti əldə edəcəksiniz. Bu film bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutudur. Düşmən də bilməlidir ki, Zəngəzur, Göyçə, İrəvan və bütün digər tarixi mahallarımız Azərbaycanın ayrılmaz hissəsidir və biz mütləq o torpaqlara qayıdacağıq!”- deyə millət vəkili bildirib.

O qeyd edib ki, film təqdimatının Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi özü də təsadüfi deyil, çünki Ulu Öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına tarixi-siyasi qiymətin banisidir.


Müəllif: Nərmin