23 İyun 2022 12:53
2 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yadınızdadırsa, 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması haqda məlumat vermişdik. Nəhayət, həmin layihənin adını açıqlaya bilərik - "The Gray Man" (Russo qardaşlarının filmidir, baş rollarda Ryan Goslinq və Kris Evans oynayır). Birinci kadrda arxa fondakı "Alov qüllələri"dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı bayraqlara diqqətlə baxın”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin rəhbəri, rejissor Rüfət Həsənov öz feysbuk hesabında yazıb.

O bildirib ki, filmin personajlarından biri də azərbaycanlıdır.

Qeyd edək ki, Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) direktoru İlkin Məhəmmədli saytımıza müsahibəsində “The Gray man” filminin bir epizodunun Bakıda çəkildiyini, "Filming Azerbaijan"nın “Neftlix” platforması ilə birgə işbirliyinin nəticəsində ərsəyə gəldiyini açıqlamışdı.


Müəllif: Nərmin