23 İyun 2022 14:37
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev qurumun katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən Teleqraf.com-a verilən məlumata görə, sədr ictimai birliyin nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq bu addımı atıb.

Katibliyin əvvəlki tərkibi saxlanılıb, rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Qeyd edək ki, İdarə Heyətinin katibliyinin tərkibində Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli təmsil olunur.


Müəllif: Nərmin