23 İyun 2022 20:39
2 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

1978-ci il istehsalı olan məşhur "Qaynana" filminin kadrarxası görüntüləri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, görüntüləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Yutub kanalı yayıb. Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjet "Qaynana" filminin çəkiliş prosesini əks etdirir.

Süjetdə Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov əks olunub.

Süjeti ittifaqa ssenarist Füzuli Sabiroğlu təqdim edib.


Müəllif: Nərmin