25 İyun 2022 01:31
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu, aktrisa Şeron Stoun doqquz körpəsinin bətnində tələf olduğunu açıqlayıb.

Bunu Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir.

“Biz qadınların bu itkinin dərinliyini müzakirə edəcək platformamız yoxdur. Doqquz körpəm bətnimdə tələf olub. Bu, kiçik bir hadisə deyil, əksinə ciddi problemdir. Biz bunu təkbaşına və gizli şəkildə keçməliyik və bu da uğursuzluq hiss etdirir”, - deyə aktrisa vurğulayıb.

Hollivud ulduzu əlavə edib ki, övladını itirdikdən sonra qadınların şəfqət, empatiya və müalicəyə ehtiyacı var. Aktrisanın sözlərinə görə, bu gün qadınların sağlamlığı “kişi ideologiyasını” dəstəkləmək məcburiyyətində qaldığından “zəif və məzlum” olub.

Qeyd edək ki, aktrisanın övladlığa götürdüyü Quinn Kelli, Lard Vonne və Roan Cosep adlı üç övladı var.


Müəllif: Pərvin Cəfərova