27 İyun 2022 01:58
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun ən çox qazanan aktyorlarından biri olan Bred Pitt Fransadakı qəsrinin bağçasında xəzinə axtardığını etiraf edib. Aktyor buna bir ilini həsr edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, həmin qəsrə görə aktyorun keçmiş həyat yoldaşı Anjelina Coli ilə məhkəmə savaşı hələ də davam edir.

Aktyor Miraval qəsrini 2008-ci ildə icarəyə götürüb, 2012-ci ildə isə alıb. 2014-cü ildən həmin qəsrdə yaşayır.

Ancelina Coli ilə boşandıqdan sonra gedən məhkəmə çəkişməsi zamanı ərazinin yaxınlığında rastlaşdığı bir adam Pitə malikanədə milyonlarla dollar dəyərində bir xəzinənin basdırıldığını söyləyib. Pitt şayiələrin doğru olub-olmadığını araşdırmağa başlayıb.

“Bəlkə bunun mənim böyüdüyüm yerlə əlaqəsi var, çünki Ozark dağlarında həmişə qızıl gizlədildiyinə dair hekayələr dolaşırdı” –deyə Pitt müsahibəsində deyib. Amma Pitt uzun axtarışlardan sonra xəzinə tapa bilməyib: "Bir ilimi buna həsr etdim, amma heç nə tapa bilmədim".

Pitt və Coli arasında Miraval qəsri ilə bağlı hüquqi mübarizə hələ də davam edir. Pitt hüquqlarını rusiyalı oliqarxa satdığı üçün Colini məhkəməyə verib.

Boşandıqdan sonra psixi problemlərlə mübarizə aparan 58 yaşlı aktyor depressiya keçirdiyini də etiraf edib.


Müəllif: Pərvin Cəfərova