1 Dekabr 2014 15:15
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın Yol” qəzetinin baş redaktoru Fəxrli Uğurlu mətbu orqandan ayrılıb.


Hazırda “Aydın Yol”un redaksiyasında olan Publika.az-ın müxbirinə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev məlumat verib.


O qeyd edib ki, Fəxri Uğurlu işləmək istəmədiyini deyərək ərizəsini yazıb və tutduğu vəzifədən ayrılıb.


Hazırda onu kimin əvəz edəcəyi isə məlum deyil. Yaşar Əliyev yeni baş redaktorun kimliyinə aydınlıq gətiriləcəyini deyib.

Xatırladaq ki, Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefaya getməsi ilə bağlı məlumatlar yayılmışdı. Amma mərkəzdən bu informasiyanın doğru olmadığı bəyan edilmişdi.


F.Uğurlunun istefasına səbəb kimi Tərcümə Mərkəzinin rəhbərliyinin qəzetin işinə müdaxiləsi göstərilir. Məlumatda deyilir ki, Tərcümə Mərkəzinin rəhbərliyi baş redaktorun kadr seçimindən narazı olub və onun qəzetə dəvət etdiyi iki jurnalistlə müqaviləni uzatmaq istəməyib.


Publika.az-ın əldə etdiyi məlumata görə, Fəxri Uğurlunun işə dəvət etdiyi Zöhrab Əmirxanlı və Tahir Kazımovun fəaliyyəti Tərcümə Mərkəzinin rəhbərliyini qane etməyib.

Cəvahir


Müəllif:

Oxşar xəbərlər