Türkiyənin tanınmış aktyoru Cüneyt Arkın 85 yaşında vəfat edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında səhhəti pisləşən aktyor Beşiktaş Ulusda özəl xəstəxanalardan birinə yerləşdirilib.
"Yeşilcam"ın əfsanəvi aktyoru müalicə aldığı xəstəxanada dünyasını dəyişib.