28 İyun 2022 19:26
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm -100” müsabiqəsinə ssenarilər göndərilir. Hələ ki ssenarilərlə tanış deyiləm. Amma sözün açığı, ictimaiyyətimizdən güclü ssenari gözləmirəm. Əgər belə bir ssenari olsa, demək, möcüzə baş verəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan Ekspertlər Şurasının sədri, əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.

Onun sözlərinə görə, Ekspert Şurasında təmsil olunan kino xadimləri ilə birgə “Azərbaycanfilm-100” ssenari müsabiqəsinə göndərilən Qarabağ mövzusunda olan ssenariləri ədalətlə dəyərləndirəcəklər.

“Şuranın üzvləri olaraq Qarabağ mövzusunda yazılan ssenariləri oxuyub, qiymətləndirib, hər biri ilə bağlı rəy verəcəyik. Ekspert Şurasının sədri kimi deyə bilərəm ki, zəif ssenari keçməyəcək, bədii cəhətləri güclü ssenari mütləq qiymətləndiriləcək”,- deyə rejissor bildirib.

Qeyd edək ki, “Azərbaycanfilm -100” ssenari müsabiqəsinin vaxtı iyulun 15-ə qədər uzadılıb.


Müəllif: Nərmin