7 İyul 2022 00:12
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filmi Lokarno Beynəlxalq Film Festivalının əsas müsabiqəsində “Qızıl bəbir” mükafatı uğrunda yarışacaq.

Teleqraf.com xəbər verir ki, müəllif kinosunun ən prestijli festivallarından biri olan Lokarno Beynəlxalq Film Festivalı hər il İsveçrədə keçirilir.

3500 film arasından seçilmiş 17 filmdən biri “Balıqlara xütbə” ekran əsəri Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcandır. Rollarda: Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkilib.

Qeyd edək ki, Hilal Baydarovun “Xurmalar yetişən vaxt” sənədli filmi Sarayevo Film Festıvalının baş mükafatını qazanıb. Onun “Səpələnmiş ölümlər arasında” filmi isə kino tariximizdə ilk dəfə olaraq Venesiya Film Festivalının əsas müsabiqəsində ölkəmizi təmsil edib. 2021-ci ildə istehsal olunan “Durna çırağı” filmi Tokio Film Festivalında “Sənətə ən yaxşı töhfə” mükafatına layiq görülüb.


Müəllif: Nərmin Muradova