2 Dekabr 2014 11:04
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ilin sonunadək daha bir yeni tamaşanın təhvil verilməsi üçün hazırda qızğın yaradıcılıq prosesi yekunlaşmaq üzrədir.

Görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun "III Riçard" tamaşasını bu ilin dekabr ayının 20-də öz sevimli tamaşaçılarına təqdim edəcək. Azərbaycan teatrında uzun illər müraciət olunmayan "III Riçard" tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisaydır.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva və başqaları ifa edəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər