11 İyul 2022 19:52
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı, şəhid Xalid Quliyevin vəfatının 30-cu ildönümüdür.

Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova İnstaqram hesabında bununla bağlı paylaşıb edib.

“O gecə ana oğlunu, qardaş qardaşını, 1 yaş 8 aylıq körpə atasını, bir ev isə sahibini itirdi. Amma yenə də hər kəsin dilində bir söz var idi: “Vətən sağ olsun”.

Vətəni sevmək azdır, onu qorumaq gərək.

Vətənim, demək azdır. Vətənin olmaq gərək.

Onun adi torpağı ruhdan, candan irəli.

O, atadan qabaqdır. O, anadan irəli.

Bilir ərlər, ərənlər vətənə tay olmayır.

Ömürdən pay verərlər, vətəndən pay olmayır!

30 illik ömrün, 30 illik evin, şəhadətin mübarək, ölkəmizin igid oğlu! Sizi yaşadan xalqımıza, sizi hec vaxt unutmayanlara çox sağ olun, deyirəm”, - deyə müğənni qeyd edib.


Müəllif: Pərvin Cəfərova