18 İyul 2022 16:33
2 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir qrup tanınmış kinematoqrafçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Kinorejissorlar Gildiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, siyahıda Gildiyanın İdarə Heyətinin üzvləri - Hüseyn Mehdiyev, Ramiz Rövşən, Ramiz Həsənoğlu, Rafiq Quliyev, Vasif Babayev, Ayaz Salayev, Şeyx Əbdül Mahmudov, Elçin Musaoğlu, Elxan Cəfərov, Azər Dadaşov, Elçin Axundov, Fariz Əhmədov, Nadir Mehdiyev, Nizami Abbas, Mirsadıq Ağazadə, Şahirə Tacəddin, Yavər Rzayev yer alır.

Sözügedən kinematoqrafçılar müraciətdə kinorəssam və animasiya filmləri rejissoru və rəssamı Arif Əli oğlu Məhərrəmovun xəstəliyinin ağır durumunu qeyd edib və bu səbəbdən sənətçinin sosial vəziyyətinin yaxşılaşdırılmasını xahiş edirlər.

Qeyd edək ki, Arif Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirib. 1981-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərdə rəssam və rejissor olub.

Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.

Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssamdır.


Müəllif: Nərmin