20 İyul 2022 17:25
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatıb.

“Azərbaycanfilm" kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-i reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.

Hazırda ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilkin müzakirəsi keçirilib.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.00, 5.000 məbləğində mükafat veriləcək.

Qaliblərin adları avqustun 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

Qeyd edək ki, müsabiqə Qarabağ mövzusuna həsr olunub.

Beş nəfərdən ibarət Ekspert şurasına Əməkdar incəsənət xadimi Ayaz Salayev sədrlik edir. Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.


Müəllif: Nərmin