25 İyul 2022 12:28
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nicat Kazımovun aktyor oğlu Mirsənan Kazımov bu gün hərbi xidmətə yollanır.

Teleqraf.com xəbər verir ki, bunu Nicat Kazımov açıqlayıb.

“Oğlum Mirsənanı hərbi xidmətə yola salacam. Sağ- salamat gedib gəlsin. Allah bütün əsgərlərimizi qorusun”.

Sənan Kazımovla tamaşalarda bir neçə dəfə tərəf müqabili olan Əməkdar artist Nofəl Vəliyev də maraqlı paylaşım edib:

“Mən Mirsənana universitetdə birbaşa dərs deməsəm də, onu öz tələbələrimdən ayırmamışam. “Məkkəyə yol” tamaşasında tərəf müqabili olmuşuq. Mən Məhəmmədhəsən əmi, o isə Əhməd..

Atasının dediyinə görə “onun uşağı”nı teatrla mən xəstələndirmişəm... Sonra isə 3 tamaşada mən rejissor o isə aktyor olaraq çalışdıq. “Hamlet”də çox gözəl Horatsio, “Müsyö Jordan və Dərvişi Məstəli Şah”da Şahbaz, “Romeo və Cülyetta”da çox gözəl Tibalt oynadı.

“Dəli yığıncağı” tamaşasında bir də tərəf müqabili olduq... Mən Molla Abbas o isə sərsəm Əhməd..

Allah qorusun səni. Vətənə borcunu ödə və sağ- salamat geri dön...”.

Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif səpkili rollar ifa edən gənc aktyoru geniş tamaşaçı kütləsi daha çox "Soyuq günəş" filmində yaratdığı Yarməd rolu ilə tanıyır.


Müəllif: Nərmin