25 İyul 2022 14:06
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser, aktrisa Fatimə İbrahimbəyova İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında münsif olaq.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Fatimə İbrahimbəyova sevincini belə ifadə edib:

“Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyətinə dəvət almışam.

Festival ilk dəfədir keçirilir və təşkilatçılara arzu edirəm ki, bu layihə ölkədə ən mühüm və əlamətdar idman və mədəniyyət tədbirlərindən birinə çevrilsin.

Müsabiqədə idmana həsr olunmuş filmlər, proqramlar, reklam çarxları və kliplər iştirak edə bilər.

Bütün müraciətlər 30 sentyabr 2022-ci il tarixinədək festivalın təşkilat komitəsinə təqdim edilməlidir”.

Festivalın münsiflər heyətində Olimpiya Çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova (münsiflər heyətinin sədri), rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, MDB ölkələri kino ittifaqları konfederasiyasının təşkilat katibi, prodüser Fatimə İbrahimbəyova təmsil olunur.

Qeyd edək ki, Fatimə İbrahimbəyova Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızıdır.


Müəllif: Nərmin