25 İyul 2022 19:56
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı aktyor Devid Uorner 80 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.

“Son 18 ay ərzində o, xəstəliyinə çox dərəcə həssaslıqla yanaşırdı. Biz - ailəsi və dostları onun üçün çox darıxacağıq. Onu mehriban, səxavətli və mərhəmətli bir insan və ata kimi xatırlayacağıq” - deyə ailəsinin bəyanatında deyilir.

Devid Uorner 1941-ci ildə Mançesterdə anadan olub. Londondakı nüfuzlu Kral Dramatik İncəsənət Akademiyasında təhsil alıb və 21 yaşında Karel Reyşin “Morqan: uyğun klinik vəziyyət” filmində baş rola çəkilib.

Daha sonra o, “Titanik”, “Omen”, “Tvin Pinks”, “Gözəl şahzadə” və başqa məşhur film və seriallarda rol alıb.


Müəllif: Nərmin