27 İyul 00:12
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Netflix” videoyayım platforması üzrə ən bahalı layihələrdən olan Russo qardaşlarının “Boz adam” filminin premyerası olub.

Teleqraf.com xəbər verir ki, büdcəsi 200 milyon dollardan çox olan film iyulun 22-də nümayişə buraxılıb.

“Boz adam” filmində əsas rolları Rayan Qoslinq, Kris Evans, Ana de Armas və Billi Bob Tornton canlandırıblar.

Qeyd edək ki, filmdə qatil olan keçmiş MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agentinin hekayəsindən bəhs edilir. O, öldürülmək üçün keçmiş ortağı tərəfindən axtarılır.


Müəllif: Teleqraf.com