1 Avqust 2022 13:15
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Avqust Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində açıq havada 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" ssenari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmlərdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət nazirinin müavini Elnur Əliyev "Azərbaycanfilm" kinostudiyasının "Azərbaycan kinosu günü" ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında böyük rola malikdir:

"Biz istəyirik ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi olacaq. Bununla bağlı ciddi işlər görüləcək".


Müəllif: Nərmin Muradova