1 Avqust 2022 15:37
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanfilm" kinostudiyası filmlərin maliyyə büdcəsini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə kinostudiyanın direktoru Nazim Hüseynov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, kinostudiyanın direktoru olduğu müddətdə beş layihə həyata keçirilib:

"Görünməyən qəhrəmanlar 2" sənədli filmlər silsiləsinə 246, 510 manat, "Görünməyən qəhrəmanlar 3" sənədli filmlər silsiləsinə 114, 400 manat, "ANAMA" sənədli filmi üçün 141, 100 manat, "Mehmandarovlar" bədii-sənədli filmi üçün 93, 250 manat, İNTERACT FİLM LAB layihəsi üçün 385, 270 manat olub ayrılıb.

Kinostudiyanın istehsalı olan "Hər şey yaxşı olacaq", "Məryəm", "Mərmər soyuğu" filmlərinin büdcəsi ilə bağlı suala Nazim Hüseynov "O filmlərin büdcəsi mənim təyinatımdan öncə təsdiqlənib", - deyə vurğulayıb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər