10 Avqust 2022 13:21
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruz ağır xəstəliyə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ramiz Novruzun qızı stilist Şəfəq Novruzova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, atasının sağalması öncə Allahın, sonra Heydər Əliyev Fondunun köməkliyi ilə baş tutub.

“Bizim çəkdiklərimizi heç kim bilmədi. Papamın xəstəlik xəbərini ilk eşidəndə maddi yox, mənəvi olaraq çox aciz və əlacsız vəziyyətdə idik. Çünki bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdilər, hətta “pul xərcləməyə dəyməz, gözləyin nə qədər yaşayar yaşayar” bildirmişdilər. Bəzən pul belə insana kömək etməyə bilir. Heydər Əliyev Fondu bizi düzgün ünvana göndərdi. Papam arıqlasa da sağlamlığı yerindədir, hətta kökəlməyə də başlayır“ - Şəfəq Novruzova qeyd edib.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkirdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər