10 Avqust 2022 16:35
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Hilal Baydarovun ”Balıqlara xütbə” filmi Lokarno Film Festivalının əsas müsabiqəsində “Qızıl bəbir” mükafatı uğrunda yarışır.

Teleqraf.com xəbər verir ki, festival avqustun 13-də başa çatacaq.

Bu gün Lokarnoda festival çərçivəsində filmin mətbuat konfransı keçirilib. Konfransda filmin yaradıcı heyəti iştirak edib.

Qeyd edək ki, müəllif kinosunun ən prestijli festivallarından olan Lokarno Beynəlxalq Film Festivalı hər il İsveçrədə keçirilir. “Balıqlara xütbə” 3500 film arasından seçilərək festivalın əsas müsabiqəsində mübarizə aparan 17 filmdən biridir.

“Balıqlara xütbə” ekran əsəri Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcandır. Rollarda Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkilib.

Hilal Baydarovun “Xurmalar yetişən vaxt” sənədli filmi Sarayevo Film Festıvalının baş mükafatını qazanıb. Onun “Səpələnmiş ölümlər arasında” filmi isə kino tariximizdə ilk dəfə olaraq Venesiya Film Festivalının əsas müsabiqəsində ölkəmizi təmsil edib. 2021-ci ildə istehsal olunan “Durna çırağı” filmi Tokio Film Festivalında “Sənətə ən yaxşı töhfə” mükafatına layiq görülüb.

Həmçinin Hilal Bayradov bu il ölkəmizi 28-ci Sarayevo Film Festivalının “Sənədli filmlər” müsabiqəsinin münsiflər heyətində təmsil edəcək.


Müəllif: Nərmin

Oxşar xəbərlər