13 Avqust 2022 22:05
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Hilal Baydarovun "Balıqlara xütbə" filmi Lokarno Beynəlxalq Film Festivalının “Xüsusi Xatırlatma” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, avqustun 3-də İsveçdə başlanan festival bu gün başa çatıb.

Bu il ilk dəfə Dünya Təbiəti Mühafiizə Təşkilatı və Lokarno festivalının birgə təqdimatı ilə verilən mükafat, təbiətin mühafizəsi ideyasını parlaq ifadə edən filmləri qiymətləndirir.

Qeyd edək ki, müəllif kinosunun ən prestijli festivallarından olan Lokarno Beynəlxalq Film Festivalı hər il İsveçrədə keçirilir. “Balıqlara xütbə” 3500 film arasından seçilərək festivalın əsas müsabiqəsində mübarizə aparan 17 filmdən biridir.

“Balıqlara xütbə” ekran əsəri Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcandır. Rollarda Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkilib.

Hilal Baydarovun “Xurmalar yetişən vaxt” sənədli filmi Sarayevo Film Festıvalının baş mükafatını qazanıb. Onun “Səpələnmiş ölümlər arasında” filmi isə kino tariximizdə ilk dəfə olaraq Venesiya Film Festivalının əsas müsabiqəsində ölkəmizi təmsil edib. 2021-ci ildə istehsal olunan “Durna çırağı” filmi Tokio Film Festivalında “Sənətə ən yaxşı töhfə” mükafatına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər