"Harri Potter"in müəllifi C.K. Roulinq yazıçı Rüşdini dəstəklədikdən sonra ölümlə hədələnib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məşhur Harri Potter dastanının müəllifi C.K.Roulinq mühazirə zamanı hücuma məruz qalan yazıçı Salman Rüşdiyə ictimai dəstək verərək sosial şəbəkədə bu sözləri yazıb:
“Dəhşətli xəbər. Özümü çox pis hiss edirəm. Onunla hər şey yaxşı olsun”.
Yazıçının statusuna istifadəçilərdən biri "Narahat olma. Növbəti sizsiniz " deyə şərh yazıb.