16 Avqust 2022 18:55
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasında şərti adı “Anama” olan sənədli filmin çəkiliş mərhələsi başa çatıb.

Bu barədə Teleqraf.com-a "Azərbaycanfilm"dən məlumat verilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad edilmiş ərazilərdə fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar təhlükə altında azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.

Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur.

Filmin büdcəsi 141,100 manatdır.


Müəllif: Nərmin

Oxşar xəbərlər