Böyük sənətkar, teatr aktyoru və rejissoru, bədii qiraət ustası, pedoqoq, Əməkdar artist Həsən Əblucun qızı Elnaz Əbluc atasının saç tellərini saxladığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib.
“Atam rəhmətə gedəndən sonra paltarlarının üstündən saçlarını axtarıb tapıb qaba yığmışdım. 28 il ərzində iki dəfə onu açmışam.
Bu gün ikinci dəfə idi...Bilmirəm, saxlamağım nə dərəcədə düzdür?”.
Qeyd edək ki, Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.