8 May 2014 13:30
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova maraqlı təklif irəli sürüb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycanda "Milli geyimlər günü"nün keçirilməsini istəyir. Əlavə edib ki, məhz həmin gün adət-ənənələrin qorunmasına və inkişafına həsr olunsun:

“Xalqımızın milli geyimləri mədəni tariximizin əvəzolunmaz hissəsidir. Milli geyimlər qürurumuzdur. Çünki özündə qədim tarixlə yanaşı, əsl mədəniyyətimizi əks etdirir”.

G.Xəlilovanın sözlərinə görə, əvvəllər gənc nəsil milli geyimlər və adət-ənənələrlə az maraqlanırdılar:

“İndi isə biz qədim köklərə qayıdırıq. Bu da ondan xəbər verir ki, artıq milli geyim günümüz olmalıdır. Mən hətta düşünürəm ki, bu gün tariximizdə təkrarolunmaz iz qoyan qadınların birinin ad gününə təsadüf etməlidir. Məsələn, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi kimi adlar məqsədəuyğun olardı. Bu gün gözəl bir bayrama çevrilə bilər. Məhz bu günlər müxtəlif yarışlar, festivallar reallaşdırmaq olar. Fərqli sərgilər və dəb gecələri təşkil etmək mümkündür”.

Aytən Həsənova


Müəllif: