“Qurdlar vadisi” serialının Elifi, tanınmış aktrisa Özgü Namal ötən gün İstanbulda obyektivlərə tuş gəlib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir media və sənət dünyasından uzaq olan aktrisanın bu dəfə üzü gülürmüş.
2020-ci ildə həyat yoldaşı Ahmet Serdar Oral infarkt nəticəsində dünyasını dəyişdikdən sonra çətin anlar yaşayan Özgü Namal iki övladı ilə illərdir yaşadığı evi tərk edib. Məşhur aktrisa uzun müddətdən sonra ilk dəfə ötən ay uşaqları ilə birlikdə Bodrum tətilində görüntülənib. Fotolarının çəkildiyini anlayınca aktrisa jurnalistlərə sərt reaksiya verib və çimərliyi tərk edib.
Bu dəfə Etilerdə görüş üçün bir məkana gələn Namal çıxışda mətbuat mənsublarını görüncə gülümsəyib.