11 Sentyabr 2022 09:11
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Dövlət Musiqili Dram Teatrı 149-cu teatr mövsümünü tamaşaçıların üzünə açıb.

Teleqraf.com xəbər verir ki, teatr sentyabrın 10-da uşaqlar üçün "Göyçək Fatma", böyüklər üçün Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşalarını təqdim edib.

Tamaşadan öncə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək teatrın kollektivinə sənət uğurları və müvəffəqiyyət arzulayıb.

Teatrın direktoru Yadigar Muradov Şuşa Teatrının tamaşalarından, uğurlarından söhbət açıb və bildirib ki, yeni mövsümdə də sənət ocağı maraqlı tamaşalar təqdim edəcək.

Qeyd edək ki, "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasının rejissoru teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.


Müəllif: Nərmin

Oxşar xəbərlər