21 Sentyabr 2022 16:39
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doğma torpaq” filmi üçün ianə toplanışı davam edir.

Bunu Teleqraf.com-a açıqlamasında filmin rejissoru və ssenari müəllifi İlqar Safat deyib.

“Hazırda film post prodakşn və səs üzrə iş mərhələsindədir. Təəssüf ki, maliyyəmiz çatmır, ona görə iş ləng gedir. Amma işləyirik və mütləq işimizi bitirəcəyik”,- rejissor qeyd edib.

“Narimanfilm” və “Azərbaycanfilm” kinostudiyalarının müştərək istehsalı olan “Doğma torpaq” filminə Mədəniyyət Nazirliyi və özəl şirkətlər dəstək olub.

Film sovet dövründə daşnakların gizli fəaliyyətindən, azərbaycanlıların Qafandan qovulmasından, Xocalı faciəsindən bəhs edir və 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yekunlaşır. Filmin bəzi epizodları işğaldan azad olunmuş Şuşa şəhərində çəkilib.

Filmdə rolları Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları canlandırıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər