24 Sentyabr 2022 08:50
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Qazaxıstan rejissoru, Kann Beynəlxalq Film Festivalının laureatı Sergey Dvortsevoy və tanınmış Polşa rejissoru Pavel Lozinski Dövlət Film Fondunda olublar.

Dövlət Film Fondundan Teleqraf.com-a verilən məlumata görə, rejissorların Bakıya səfəri “Doku Baku” Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində baş tutub.

Pavel Lozinski və həyat yoldaşı Aqneşka Mankeviç Fondda filmlərin saxlanıldığı şəraitlə tanış olub, artefaktlar muzeyini ziyarət ediblər. Ardınca Pavel Lozinskinin “Eyvandan film” sənədli filmi nümayiş olunub.

Rejissor Fondun arxivinə heyran olduğunu bildirib:

"Mənə bu barədə danışdılar və buranı ziyarət etdim. Burada unikal insanlar fəaliyyət göstərirlər. Tamamilə unikal kolleksiyalar toplayırlar.”

Qeyd edək ki, Dvortsevoyun festival çərçivəsində “Xoşbəxtlik” və “Qaranlıqda” sənədli filmlərinin təqdimatı baş tutub.


Müəllif: Teleqraf.com