Hollivud aktyoru Corc Kluni “Cənnətə bilet” filmindəki həmkarı Culiya Robertsi adada əyləndirməli olduğunu etiraf edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktyor filmin çəkilişlərindən sonra həyat yoldaşı, uşaqları və Culiya Robertslə adada qalıblar.
“Elə an oldu ki, onu əyləndirmək, gəzmək, ona yemək gətirmək məcburiyyətində olmağımdan bezdim, çünki o, təkiydi amma biz dörd nəfər. O, sadəcə dözülməz idi ” - Kluni deyib.
Aktyor həmçinin əlavə edib ki, Robertslə eyni filmdə oynamaq, onunla tərəf müqabili olmaq böyük həzzdir.
Kluni aktrisanı yaxşı dost adlandırıb.