9 Dekabr 2014 11:15
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçəri Şəhər” adlı tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırırlar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər