13 Oktyabr 2022 15:51
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən xalat geyinib bədənimi ört-basdır edə bilərdim, amma Naomi (Robbinin obrazı) bunu etməyəcək. O, çılpaq olmalıdır. O, kartlarını stolun üstünə qoyur və oyunu açıq oynayır”

Teleqraf.com “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Hollivudun ən çox qazanan aktrisası Marqo Robbi onu məşhurlaşdıran “Uoll-Strit canavarı” filmində çılpaq çəkildiyi səhnədən danışarkən deyib.

Marqo Robbi həmçinin etiraf edib ki, bu səhnənin çəkilişi zamanı meydançada ondan başqa 30-a yaxın insan olub.

Aktrisa utansa da yaradıcılıq zərurətindən dolayı bu addımı atmağa qərar verdiyini vurğulayıb.

Qeyd edək ki, rejissor Martin Skorsesenin 2013-cü ildə lentə aldığı “Uoll-Strit canavarı” filmində Marqo Robbinin tərəf müqabili Leonardo Di Kaprio olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər