14 Oktyabr 2022 19:27
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisa Simuzər Ağakişiyeva qazi Kamran Baxışzadə ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, aktrisa sosial şəbəkədə bunları yazıb:

“Bu gün qazi Kamran Baxışzadənin doğum günüdür.

Kamran 44 günlük Qarabağ savaşında doğum günündə ölümcül yaralanır və ikinci dəfə doğulur sanki.

Vətənimin igid oğlu Allah səndən möcuzəsini əsirgəməsin. Uf demədən gözlərinin nurunu qurban verdin. Var ol, sən gələcək nəsillərə örnəksən...

Çox yaşa, sağlam yaşa, dualarımızdasan, səninlə fəxr edirik!”

Qeyd edək ki, Xızı rayonunda yaşayan Kamran Baxışzadə müharibənin ilk günlərindən döyüşlərə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunması uğrunda silahdaşları ilə birgə mərdliklə döyüşüb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşdə düşmənin atdığı mərminin yaxınlığında partlaması nəticəsində yaralanaraq, hər iki gözünü itirib.


Müəllif: Nərmin

Oxşar xəbərlər