Şotlandiyalı aktyor Robbi Koltreyn 72 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, Koltreyn Şotlandiyanın Larbert şəhərindəki evinin yaxınlığındakı xəstəxanada dünyasını dəyişib. Aktyor son iki ildə xəstə idi.
Robbi Koltreyn — Şotland kino və televiziya aktyoru, ssenarist və prodüserdir. O, daha çox "Harri Potter" filmindəki Haqrid rolu ilə tanınır.
1989-cu ildə Kenneth Branagh-ın "Henry V" filmində Falstaff rolunu oynadı. O, "Qaçaq rahiblər" (1990) filmində əsas rollardan birini, həmçinin "Papa arıqlamalıdır" (1991) filmində Papa rolunu oynayıb.
90-cı illərin ortalarında "Qızıl göz" (1995), "Bütün dünya kifayət deyil" (1999), həmçinin "Cəhənnəmdən" filmlərində rol alıb.