15 Oktyabr 2022 20:59
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktyoru Mel Gibson prodüser Harvi Vaynşteynin məhkəmə işində şahid ola bilər.

Teleqraf.com “The Guardian” nəşrinə istinadən xəbər verir ki, aktyor bu işdə şahidlərdən biri hesab edilir.

Hakim Lisa Lençin qərarına görə, Gibson Ceyn Doe kimi tanınan masajçısı və dostuna dəstək vermək üçün ifadə verə bilər.

Qeyd edək ki, Vaynşteyn bir neçə cinsi təcavüz hadisəsinə görə 23 il həbs cəzasına məhkum edilib. Bir müddət əvvəl Nyu-York Apellyasiya Məhkəməsi prodüserin apellyasiya şikayətinə icazə verilməsi tələbini təmin edib.

Vaynşteynin vəkili də hökmdən verilən apellyasiya şikayəti üzrə nəticələrin gələn ilə qədər olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, prodüser 2023 və ya 2024-cü ildə azad insan ola bilər. Belə ki, iş məhkəmədə yenidən baxılsa Vaynşteyn girov müqabilində həbsxanadan buraxıla bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər