Azərbaycan Teatr Xadimləri İttifaqı "Sərhədsiz teatr" layihəsinə start verib.
İttifaqdan Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində ilk görüş keçirilib. İttifaqın "Yaradıcılıq" şöbəsinin mütəxəssisləri Dağlar Yusifov və Elvin Rüstəmli Gəncə Dövlət Dram Teatrında və eləcə də Gəncə Dövlət Kukla teatrında olub.
Kollektivlə görüşən İttifaq əməkdaşları "Aktyorun rol üzərində işi" adlı elmi seminar keçirib, habelə yaradıcı heyətlə sənət haqqında söhbətlər aparıblar.
"Sərhədsiz teatr" layihəsi çərçivəsində növbəti səfər Mingəçevir şəhərinə olacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi bölgə teatrlarının Bakıya və digər paytaxt şəhərlərinə intqerasiyasını təşkil etmək, yaradıcılıq prosesini canlandırmaq, gənc sənətçilərdə yeni axtarışlara stimul yaratmaqdan ibarətdir.