Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya kinoteatrlarının 41 faizi bağlanıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kino Sahibləri Assosiasiyasının rəhbəri Aleksey Voronkov məlumat yayıb.
O bildirib ki, Rusiyada ümumilikdə 5,7 min kinozal var.
Bu vəziyyətə Qərbin sanksiyaları, xüsusən də “The Walt Disney Company”, “Sony Pictures” və “Warner Bros” kimi ən böyük kino şirkətlərinin Rusiya bazarındakı fəaliyyətini dayandırması səbəb olub.