Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyovanın sosial şəbəkədə paylaşdığı ailə fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, aktrisa fotoları Xalq artisti olan anası Lyudmila Duxovnayanın doğum günü şərəfinə paylaşıb.
“Bu gün, ilin ən sevimli günlərindən birində - anamın ad günündə, bu yay dostum, istedadlı fotoqraf Aslan Əhmədovun çəkdiyi şəkilləri sizinlə bölüşmək istəyirəm. O, öz yeni fotosunda anamı çox dəqiq təsvir edir. Böyük nənə statusunda anamın gözəlliyi əvvəlkindən də çox parladı! Ad günün mübarək, ana!”
Qeyd edək ki, Fatimə İbrahimbəyova bu ilin əvvəlində nənə olub.