30 Oktyabr 2022 11:10
4 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə vəfat edib.

Böyük şəxsiyyətin həm şəxsi həyatı, həm də siyasi fəaliyyəti hər zaman maraq obyekti olub. Onunla bağlı çoxlu sənədli və bədii filmlər çəkilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü böyük ekranda canlandıran aktyorları təqdim edir:

"Vida" - ssenari müəllifi və rejissoru Zülfü Livaneli olan filmdə Mustafa Kamal Atatürk rolunu Sinan Tuzcu canlandırıb.

Tuzcu filmdə qəhrəmanının gəncliyini, uşaqlığını və qocalığını 3 fərqli obrazda tamaşaçılara təqdim edir.

Bartunç Akbaba həmin filmində Atatürkün 14-17 yaşlarını canlandırıb.

1994-cü ildə çəkilmiş "Qurtuluş" filmində Mustafa Kamalı aktyor Rutkay Əziz canlandırıb.

Reklam filmində Atatürk obrazını uğurla ifa edən ustad aktyor Haluk Bilginer mükəmməl makiyajın köməyi ilə ən təsirli Atatürk portretlərindən birini yaradıb.

Yeni nəsil türk kinosunun gənc aktyorlarından olan Alican Yücesoy Mustafa Kamalın 27 yaşında ikən 37 yaşlı versiyasını canlandırıb.

“Son Osmanlı Yandım Ali” filmində Atatürk obrazını canlandıran Alican Yücesoyu “Dersimiz: Atatürk” filminin ssenari müəllifi Turqut Özakman Ataya ən çox bənzəyən aktyor adlandırıb.

Bir müddət televiziyada yayımlanan "Kırık Kanatlar" serialında Atatürkü Ali Ülvi Hünkar canlandırıb. 1961-ci il təvəllüdlü aktyor serialda Atatürkün sinəsi açıq obrazını canlandırdığı üçün tənqid atəşinə tutulub.

Türkiyənin yerli Leonardo Di Kapriosu kimi məşhurlaşan Arda Kural da Atatürk obrazını ifa edən aktyorlardandır. Arda Kural "Emret Komandir" serialında Mustafa Kamal Atatürk obrazını canlandırıb.

Yavuz Sebetçi - "Yol Ayrımı" filmində Atatürk obrazını oynayıb.

"Çanaqqala 1915" filmində isə Atatürk rolunu İlker Kızmaz oynayır.

Daha bir TRT istehsalı olan filmdə Mustafa Kamal bəyi Serdar Orçin canlandırıb.

Aktyor Yetkin Dikinciler ssenari və rejissoru Can Dündar olan "Mustafa" filmində Atanı səsləndirib.

"Mustafa" filmi Mustafa Kamal Atatürkü alçaltdığı üçün tənqid edilib. Can Dündar isə Atanın humanitar yönlərini də göstərdiyini söyləyərək tənqidlərə cavab verib.

Ssenarisini Turqut Özakmanın yazdığı Atatürkün həyatından bəhs edən "Dərsimiz: Atatürk"də Atatürk rolu Halit Ergençə həvalə olunub.


Müəllif: Pərvin Cəfərova