8 May 2014 18:19
4 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət adamları bəzən bahalı avtomobilləri ilə öyünürlər.

Teleqraf.com xəbər verir ki, bu dəfə Xalq artisti, aktrisa Məleykə Əsədova İnstagram bloqunda yeni avtomobilinin fotosunu paylaşıb.

O, 145 min manatlıq “Maserati Quattroporte” markalı avtomobilini nümayiş etdirib.

Bəs görəsən, sənət aləminin ən bahalı avtomobili hansıdır? Onun sahibi kimdir? Yaxud, sənətçilərimizdən kim bahalı deyil, ucuz və sadə avtomobilə üstünlük verir?

Xalq artisti Brilliant Dadaşova Teleqraf.az-a açıqlamasında bildirib ki, avtomil sevən xanımdır. Amma bahalı avtomobillə öyünməyi sevmir:

“Sənət aləmində çoxlarının maşını olmayanda məndə vardı. Onu da deyim ki, idarə etdiyim maşının qiyməti, markası barədə danışmağı sevmirəm. Bunu əskiklik sayıram. Bilsinlər ki, mənim maşınım adıma-sanıma uyğundur. Ümumiyyətlə, məsləhət görərdim ki, müğənnilər maşınları ilə deyil, sənətləri, görüdükləri keyfiyyətli işlərlə öyünsünlər”.

Yerli şou-biznesdə bahalı avtomobil sahibi olanlardan biri də müğənni Zamiq Hüseynovdur. İfaçı ən son model “Jeep”ə sahibdir.

Amma avtomobilinin qiymətini sirr olaraq saxlayır:

“Avtomobilimin markasını demək istəmirəm. Bəzilərinin onu almağa gücü çatmaz”.

Roza Zərgərli “Pulum olsa, təyyarə alardım”-deyir.

Qalmaqallı müğənni Əli Mirəliyev isə sənət adamlarının bahalı avtomobil sürməyinin əleyhinə olduğunu söyləyib:

“Müğənni kimdir ki? Adi insandır. Kosmonavt və ya qəhrəman deyil. Bizim müğənnilər toylara gedirlər. 5-10 manat pul qazanırlar. Toydan əldə olunan pulla ancaq 40 min manatlıq maşın kreditə götürmək olar. 45 ildir ki, bu sənətdəyəm. Toylara gedirəm, amma heç “Zaporojets”im də yoxdur. Məleykə Əsədovaya gəlincə, o, yaxşı qızdır. Bildiyim qədərilə, 50-dən çox yaşı var. Özü də müğənni deyil. O, həmin maşını şəxsi biznesi ilə alıb. Bildiyim qədərilə, Məleykə yaylaqda qoyun saxlatdırır, bu işlə məşğuldur. Həmin pulla da özünə bahalı maşın alıb”.

Aytən Həsənova


Müəllif: