12 Dekabr 2014 07:15
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib.

Teleqraf.com-un verdiyi xəbərə görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Rauf Abdullayev idarə edib.

Hökumət rəsmilərinin, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik qravürləri, Niyazinin “Rast” simfonik muğamı və tanınmış rus bəstəkarı Dmitri Şostakoviçin 5 nömrəli simfoniyasından üçüncü hissə səsləndirilib.


Müəllif:

Oxşar xəbərlər